Ədəbi tənqid

Daydreamer2011 (müzakirə | töhfələr) tərəfindən edilmiş 08:19, 13 noyabr 2017 tarixli redaktə

Әdəbi tənqid — müasir ədəbi proseslə məşğul olur. Tənqidçi yaranmaqda olan ədəbiyyatın dəyərini müəyyən edir, ayrı-ayrı ədəbi-bədii nümunələrə, yazıçıların yaradıcılığına qiymət verir, ümumiləşdirmələr aparır, müasir ədəbi prosesin dərk edilməsində oxucuya kömək edir. Azərbaycan ədəbi tənqidinin banisi Mirzə Fətəli Axundov sayılır. Әdəbiyyat tarixçisindən və nəzəriyyəçisindən fərqli olaraq, tənqidçi elmlə yaradıcılıq təcrübəsini əlaqələndirir, yazıçı ilə oxucu arasında anlaşma, ünsiyyət yaradır.

Ədəbi tənqid (və ya ədəbi tədqiqatlar) ədəbiyyatın öyrənilməsi, qiymətləndirilməsi və təfsiridir. Müasir ədəbi tənqid tez-tez ədəbi nəzəriyyədən təsirlənir, bu, ədəbiyyatın məqsəd və metodlarının fəlsəfi müzakirəsidir. Bu iki fəaliyyət yaxından əlaqəli olmasına baxmayaraq, ədəbi tənqidçilərin və ədəbi nəzəriyyəçilərin fikri həmişə eyni olmur.\

Ədəbi tənqidin ədəbiyyat nəzəriyyəsindən ayrı bir tədqiqat sahəsi hesab edilməsi və ya əksinə, kitablar barəsində rəy bildirməkdən fərqli olması mübahisəli məsələdir. Məsələn, "Ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid ilə bağlı Cons Hopkins Qaydın Təlimatları"[1] ədəbi tənqid və ədəbiyyat nəzəriyyəsi arasında heç bir fərq qoymur və demək olar ki, eyni anlayışı təsvir etmək üçün eyni termindən istifadə edir. Bəzi tənqidçilər ədəbi tənqidi ədəbi nəzəriyyənin praktik tətbiqi hesab edirlər, çünki tənqid həmişə xüsusi ədəbi əsərlərlə birbaşa məşğul olur, ədəbiyyat nəzəriyyəsi isə daha ümumi və ya abstrakt ola bilər.

Tarixi

İstinadlar

  1. Johns Hopkins Guide to Literary Theory and Criticism(2nd ed.). Baltimore: Johns Hopkins University Press. 2005. ISBN 0801880106. OCLC 54374476.