Rixard Vaqner

alman bəstəkarı, dirijor, musiqi nəzəriyyəçisi, esseisti
Mjbmrbot (müzakirə | töhfələr) (r2.7.1) (Bot redaktəsi əlavə edilir: map-bms:Richard Wagner) tərəfindən edilmiş 01:43, 27 mart 2011 tarixli redaktə

thumb|220px|Rixard Vaqner (1862)


Rixard Vilhelm Vaqner (22 iyul 1813, Leypsiq-13 fevral 1883, Venesiya) Alman bəstəkarı, dirijor, teatr xadimi, publisist, musiqi nəzəriyyəçisi, esseisti. 1831 Leypsiq universitetində oxumuş, eyni zamanda kompozisiya dərsi almışdır. 1833 ildə Vürsburqda xormeyster, sonralar Maqdeburq (1834-36), Köniqsberq (1837) və Riqanın (1837-39) musiqi teatrlarında dirijor işləmişdir. 30-cu illərdə "Pərilər" (1833-34, tamaşası 1888), "Sevgi qadağandır" (1836), "Riyensi" (1838-40, tamaşası 1842) operalarını yazmışdır. "Faust" üvertürası (1840) və "Uçan hollandiyalı" (1841, tamaşası 1843) operası Vaqnerin ilk yetkin əsərləridir. 1843-49 illərdə Vaqner Drezdendəki saray teatrında dirijor işləmiş, orta əsr əfsanələri əsasında "Tangezyer" (1843-45, tamaşası 1845) və "Loenqrin" (1845-48, tamaşası 1850) operalarını yazmışdır. 1848 ildən Vaqner "Reyn qızılı" (1854), "Valkiriya" (1856), "Ziqfrid" (1871), "Allahların məhvi" (1874) operalarından ibarət "Nibelunq üzüyü" teatrologiyası üzərində işləmişdir.

Vagnerin əsərləri, ələxsus son dövr əsərləri özlərinin kontrapunkt teksturaları, zəngin xromatizmi, harmoniya və orkestr və leytmotivlərdən nəfisliklə istifadə etməsi ilə fərqlənir. Vagner musiqdə bir neçə nailiyytlərin, son dərəcə xromatik və sürətlə dəyişən tonal mərkəzlərdən istifadəsi ilə Avropa klasik musqisin inkişafına böyük təsir göstərmişdir.

O musiqi təfəkkürünü özünün Gesamtkunstüerk (“mütləq sənət işi”) ideyası ilə zənginləşdirmişdir. Bu ideyanın qayəsini bütün növ poetik, vizual, musiqli, və drammatik sənətlərin sintezi təşkil edirdi. Bu ideya onun Der Ring des Nibelungen (1876) adlı monumental dörd operadan ibarət silsiləsində öz əksini tapır. Vagner hətta əsərlərini özü təsəvvür etdiyi kimi səhnələşdirmək məqsədilə özünün opera evini da açmışdır.

Şablon:Link FA Şablon:Link FA Şablon:Link FA Şablon:Link FA