Azərbaycanlıların Ermənistandan deportasiyası (1948–1953): Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
İstinadlarda dəyişikliklər - DOI: 10.1080/13602004.2019.1620002.
Redaktənin izahı yoxdur
Sətir 267:
Eyni zamanda Ermənistan SSR-nın DİN rəhbəri [[Xoren Qriqoriyan]] köçürülmə ilə bağlı gizli hesabat hazırlayır. Hesabatda köçürülməyə məruz buraxılan azərbaycanlılar arasında insidentlərin yaşandığı, bunun etirazlara səbəb olduğu qeyd edilmiş və azərbaycanlıların köçürülmənin Sovet İttifaqının Türkiyə ilə mümkün müharibə halında azərbaycanlılara güvənməməsinin bir nişanəsi olaraq qəbul etdikləri yazılmışdır.{{Sfn|Shafiyev|2019|p=188}}
 
Bu daha böyük geopolitikgeosiyasi kontekst çərçivəsində başa düşülə bilər. Beləki II Dünya müharibəsinin sonlarında [[Moskva]] [[Türkiyə]]yə qarşı torpaq iddiaları irəli sürmüş və nəticədə Türkiyə də ABŞ ilə yaxınlaşmışdır. ABŞ ilə yaxınlaşma Sovet İttifaqı daxilində böyük anti-türk kompaniyasına səbəb olmuşdur. 1936–1937-ci ilə qədər türk adlandırılan azərbaycanlılar bu proseslərdən narahatlıq duyurdular. Rəsmi Sovet propaqandası və yeni tarix nəzəriyyəsi artıq azərbaycanlıları türk irsindən uzaqlaşdırmağa başlamışdı belə.{{Sfn|Yılmaz|2013|p=}}
 
Qriqoryana görə, [[azərbaycanlılar]]ın narahatlıqlarının birinci səbəbi olaraq onların dağlıq bölgələrdən düzən bölgəyə getmək istəməməsinin gəldiyini qeyd etmişdir, ikinci səbəb olaraq köçürüləcək insanlar arasında informasiya-propaqanda işi yaxşı təşkil edilməməsini, üçüncü səbəb olaraq materialların azlığı və ya gecikməsini, dördüncü səbəb olaraq isə Azərbaycan Köçürmə Komitəsinin hərəkətsizliyi göstərmişdir. Deportasiyaya məruz qalan azərbaycanlılardan biri olan və Təpəköy kəndində yaşayan Xan Əhməd oğlu İsmayılov hesabaat görə bunları demişdir:{{Sfn|Shafiyev|2019|p=188}}