Qasım bəy Zakir: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 59:
== Yaradıcılığı ==
Qasım bəy Zakir Azərbaycan ədəbiyyatında realizmin görkəmli nümayəndəsi, maarifçi realist satiranın banisidir. Zakirin satiraları Azərbaycan ədəbiyyatında realizmin formalaşması və inkişafında böyük rol oynamışdır. Ədəbiyyat tarixində xüsusi mərhələ təşkil edən Zakir satiraları feodalizm cəmiyyətinin qüsurlarını aşkara çıxaran, zəhmətkeş xalqın hüquqlarını müdafiə edən sənət nümunələridir. Bu [[satira]]lar əsas etibarilə çar hakimləri və çarizmin [[müstəmləkə]]çi qanun və qaydaları əleyhinə çevrilmişdir. İfşaçılıq, kəskin tənqid və kinayəli gülüş Zakir satiralarının əsas xüsusiyyətlərindəndir. O, ictimai nöqsanları sadəcə təsvir etməklə kifayətlənmir, eyni zamanda onlara qarşı özünün kəskin tənqidi münasibətini, nifrət və qəzəbini də bildirmişdi. Q.B.Zakirin "Bax", "Xəbər alsan bu vilanın əhvalın", "Qarabağ qazisi" adlı satirik şeirləri vardır.<ref>{{cite book |müəllif= Qasım bəy Zakir |kitabın adı= Seçilmiş əsərləri |cild= |fəsil= |sitat= |url= https://anl.az/el/z/zq_se.pdf |dil= |yer= |nəşriyyat= AVRASİYA PRESS|tarix=2005 |səhifə=400 |isbn= 9952-421-24-7 |archive-url= https://archive.ph/xFVqH |archive-date= 10.02.2024 }}</ref> Şair öz əsərləri ilə cəmiyyətin sağlam yollarla inkişafına, xüsusilə maariflənməsinə və bu yolla cəhalətdən qurtularaq bəy, məmur özbaşınalığına qarşı çıxmalarına çalışmışdır. Onun bu istiqamətdə yazdığı satiralar, o cümlədən "Aslan, qurd və çaqqal", "Tülkü və qurd" təmsilləri, "Dərviş və fəqir" mənzum hekayəsi və başqa yazıları 1988-ci ildə Tiflisdə nəşr edilən "Ana dili" dərsliyinə salınmışdır. Şairin yaradıcılığı bir də onunla seçilirdi ki, o, yazdığı realist əsərlərində Azərbaycan həyatının bir çox tipik xüsusiyyətlərini ümumiləşdirməyi bacarmış, eyni zamanda, satirik şeirlərin yeni nümunələrini - mənzum məktub, taziyanə, mənzum hekayə və təmsil janrlarını yaratmışdır. Q.Zakir avam kütlənin gözünü açmaq, onların savadlanmasına yardım etmək məqsədilə gülüşün bütün növlərindən - [[Satira|satira]], [[İstehza|istehza]], [[Kinayə|kinayə]], sarkazm və [[Yumor|yumor]]dan bacarıqla istifadə etmişdir. <ref>{{cite web |url= https://anl.az/down/meqale/azerbaycan/azerbaycan_avqust2009/87853.htm |title= Böyük satirik Qasım bəy Zakir və onun maarifçilik fəaliyyəti |author= Adilə Qocayeva |date= |website= |publisher= |language= |access-date= 9 fev 2024|archive-url= https://archive.ph/d8cRu|archive-date= 09.02.2024 }}</ref> Aşiqanə şeirlərini, xüsusilə, qoşma, gəraylı, təcnis və bayatılarını yaradarkən şifahi xalq poeziyası ənənələrindən istifadə edən Zakirin "Ağlaram", "Öyrənib", "Ay mədəd" və s. rədifli qoşmalarını aşıq şeirindən ayırmaq çətindir. Həmçinin onun "Arasında", "Ay mədəd", "Çağıdı", "Çəkər", "Dost yolunda cəfa çəkdim, can üzdüm", "Durnalar", "Gəlsin", "Gərək", "Məni", "Mirzə" adlı qoşmaları vardır. Zakir ictimai mövzuda yazsada məhəbbət mövzusuna daha çox üstünlük vermişdir. Onun [[Müxəmməs|müxəmməs]], [[Müstəzad|müstəzad]], [[Tərcibənd|tərcibənd]], [[Tərkibbənd|tərkibbənd]]lərinin də əsas mövzusu məhəbbətdir. "Gözüm yolda qaldı, könül intizar", "Dost yolu bağlandı, ümid kəsildi", "Dost yolunda cəfa çəkdim, can üzdüm", "Fələk səndə nə adətdir", "Nə müddətdir, dost yolları" misraları ilə başlayan qoşmaları məhəbbət mövzusunda yazılmış olsa da ictimai məzmuna malikdir. Q.B.Zakir yaradıcılığında xüsusi yer tutan "Durnalar" şeirində ictimai məzmun daha güclüdür. Şair onu Bakıda sürgündə olarkən yazmışdır.
Həm [[Lirik növ|lirik]], həm də [[Epik növ|epik növ]]də yazan şairin yaradıcılığında mənzum hekayə və [[Təmsil|təmsil]]lər də mühüm yer tutur. [[Nizami Gəncəvi|Nizami]], [[Xaqani Şirvani|Xaqani]], [[Məhəmməd Füzuli|Füzuli]] və başqa Azərbaycan klassikləri kimi Zakir də öz mənzum hekayələrinin çoxunu müasir həyatın tələblərinə uyğun olaraq yazırdı. Qasım bəy Zakirin <ref>{{cite book |müəllif= Feyzulla Qasımzadə|kitabın adı= XIX əsr Azərbaycan ədəbiyyatı |cild= |fəsil= |sitat= |url= http://web2.anl.az:81/read/page.php?bibid=533980&pno=4 |dil= |yer= Bakı |nəşriyyat= Elm və təhsil |tarix= 2017 |səhifə= 552 |isbn= 978-9952-81-76-2-1 |archive-url= https://archive.ph/nWZx2 |archive-date= 09.02.2024 }}</ref> Klassiklərin mənzum hekayələrində müəyyən hadisələrin, real insan surətlərinin, qabaqcıl ideyaların təsvir və tərənnümü verilir.
Zakirin mənzum hekayələrində məhəbbət insanın ülvi və nəcib hissi kimi təsvir olunur. Məhəbbətdə sədaqət, mətanət və dözümlülük, vəfada möhkəmlik bu hekayələrin bir qismində əsas məzmunu təşkil edir. Qasım bəy Zakir [[Əruz vəzni|əruz vəzni]]ndə [[Qəzəl|qəzəl]], [[Müxəmməs|müxəmməs]], [[Müstəzad|müstəzad]], [[Heca vəzni|heca vəzni]]ndə isə [[Qoşma (ədəbiyyat janrı)|qoşma]], [[Gəraylı|gəraylı]], [[Təcnis|təcnis]] kimi janrlardan öz yaradıcılığında istifadə etmişdir.
Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnadır.
|