Murasaki Şikibu: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 147:
XVII əsrdə qadın ərdəmi onun ədəbi bilikləri ilə də ölçüldüyündən Murasaki və ya Genciyə həsr olunmuş artifaktlara böyük tələb yaranmış və bu cür işlər genci-e adlandırılmağa başlanmışdır. Gencidən səhnələr və Murasaki illüstrasiyaları ilə bəzədilmiş cehizlər yuxarı zümrədən olan qadınların arasında populyar olmuşdur: XVII əsrdə genci-e gəlinin mədəni səviyyəsinin yüksəlməsi ilə əlaqələndirilirdi. XVIII əsrdən etibarən isə ailədaxili uğuru simvolizə etməyə başlamışdır. 1628-ci ildə [[Tokuqava İemitsu]]nun qızının toyu üçün bu cür qutular hazırlanmışdı. 1649-cu ildə Şahzadə Toşitada toy hədiyyəsi kimi ipəkdən hazırlanmış, [[Kano Tanyu]] tərəfindən çəkilmiş bir cüt genci-e örtüyü əldə etmişdir.<ref>Lillehoj (2007), 110–113</ref>
 
Murasaki bir çox rəsm əsəri və illüstrasiya üçün populyar mövzu olmuş, bu əsərlərdə dahi qadın və şairə olduğu vurğulanmışdır. Rəsmlərdə əsasən İşiyama məbədindəki stolunda əyləşməsi, ilham üçün Aya baxması təsvir olunur. XVII əsrdə [[Tosa Mitsuoki]] onun haqqında bir sıra əlyazma rəsmləri yaratmışdır.<ref>Lillehoj, 108–109</ref> "Gencinin hekayəsi" əsrlər boyunca ukiyo-e sənətçiləri üçün populyar mövzu olmuş, [[Hiroşiqe]], [[Torii Kiyonaqa|Kiyonaqa]] və [[Utamaro]] kimi sənətçilər romanın müxtəlif versiyalarına illüstrasiyalar çəkmişdirlər.<ref>Geczy (2008), 13</ref> Genci incəsənəti ilk dövrlərdə saray mədəniyyətinin bir hissəsi kimi hesab edilsə də, Edo dövrünün ortalarından etibarən samuray sinifi və xalq da onun illüstrasiyalarını əldə etməyə başlamışdır.<ref name="2008a1ff">Shirane (2008a), 1–2</ref>
 
[[Fayl:2000 Yen Murasaki Shikibu.jpg|280px|thumb|Murasakiyə həsr olunmuş [[200 yenlik əsginas]].]]