Murasaki Şikibu: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 40:
 
Ailə gücünü itirsə də, ədəbiyyat dünyasındakı reputasiyasını qorumağa davam etmişdir. Murasakinin ata tərəfdən ulu babası və babası tanınmış şairlər idi. Ulu babası Fucivara no Kanesuke 56 şeir müəllifi idi və onların 13-ü "[[Nijuiçidayşu]]"ya,<ref>Chokusen Sakusha Burui 勅撰作者部類</ref> "[[Poeziyanın 36 ölməzi|36 şair kolleksiyası]]"na və "[[Yamato Monoqatari]]"yə daxil edilmişdir.<ref name = "M257ff">Mulhern (1994), 257–258</ref> Həm ulu babası, həm babası yapon dilində yazdığı şeirlərlə böyük məşhurluq qazanan [[Ki no Tsurayuki]] ilə dost idilər.<ref name = "Bowring, 2004, 4">Bowring (2004), 4</ref> Atası [[Fucivara no Tametoki]] Dövlət Akademiyasına ([[Dayqaku-ryo]]) daxil olmuş<ref name = "Inge9">Inge (1990), 9</ref> və [[Çin klassikləri]] və poeziyası üzrə tanınmış alim olmuşdur; öz şeirləri də antologiya halına salınmışdır.<ref name="Mulhern78ff">Mulhern (1991), 79</ref> O, 968-ci ildə kiçik rəsmi işçi kimi ictimai xidmətə daxil olmuş və 996-cı ilə ona hakimlik statusu verilmişdir. 1018-ci ilə kimi vəzifədə qalmışdır.<ref name = "Bowring, 2004, 4"/><ref>Adolphson (2007), 111</ref> Muarasakinin anası da Tametoki kimi Fucivara klanın şimal qolundan idi. Cütlüyün üç uşağı (bir oğlan, iki qız) olmuşdur.<ref name="Mulhern78ff" />
 
{{Şəkillər albomu
| yer = right
| istiqamət = horizontal
| miqyas = 1000
| alt yazı =
| alt yazı yer = left
 
| şəkil1 = Hyakuninisshu 057.jpg
| miqyas = 400
| izah1 = Yüz əsas şairdən biri hesab olunan Murasaki [[Edo dövrü]]nə aid bu şəkildə adına uyğun olaraq bənövşəyi [[kimono]]da təsvir olunub.
 
| şəkil2 = Fujiwara Michinaga.jpg
| miqyas = 400
| izah2 = [[Fucivara no Miçinaqa]] (təsvir XIX əsrə aiddir) Murasakinin həyatındakı əhəmiyyətli şəxslərdən biri olmuşdur.
}}
 
[[Heyan dövrü]]ndə istifadə olunan adlar müasir dövrdəki adlar kimi deyildi. Bir saray xanımı saraydakı statusuna aid təxəllüsü ilə də tanınırdı və kişi qohumunun rütbəsinə və ya təxəllüsünə aid ad da götürə bilərdi. "Şikibu" müasir soyad deyil, Murasakinin atasının vəzifəsi olduğu [[Şikibu-şo]] (Tədbirlər Nazirliyi) sözündən törəmişdir. Əlavə adı olan "Murasaki" (yapon dilində bənövşəyi deməkdir) Fucivara klanın elementi olan fuci sözünün mənası [[visteriya]] gülünün rəngindən yaranmışdır. Bu ad ona "Genci"də əsas qadın personaja verdiyi ada istinad olaraq verilmişdir. Miçinaqa 1007-ci ilə aid bir gündəlikdə bir neçə saray dayəsinin adını çəkmişdir. Onlardan biri olan Fucivara no Takako (Kyoşi) Murasakinin əsl adı ola bilər.<ref name = "M257ff"/><ref>Seven women were named in the entry, with the actual names of four women known. Of the remaining three women, one was not a Fujiwara, one held a high rank and therefore had to be older, leaving the possibility that the third, Fujiwara no Takako, was Murasaki. See Tsunoda (1963), 1–27</ref>
Sətir 54 ⟶ 70:
996-cı ildə Murasakinin atası 4 illiyinə [[Eçizen əyaləti]]nin hakimi təyin olunmuşdur və Murasaki də onunla getmişdir. O dövrdə zadəgan qadınların 5 günlük bu cür səyahətlərə çıxmaları geniş yayılmamışdı.<ref name= "Mulhern83ff">Mulhern (1991), 83–85</ref> Təxminən 998-ci ildə atasının dostu, ondan yaşca böyük olan qohumu Fucivara no Nobutaka (950–1001) ilə evlənmək üçün Kiotoya qayıtmışdır.<ref name = "Bowring, 2004, 4"/><ref name = "Shirane218"/> Fucivara klanının eyni qolundan olan Nobutaka sarayda vəzifəli idi və Tədbir Nazirliyinin bürokratı idi. Geyim ekstravaqantlığına və rəqs bacarığına görə tanınırdı.<ref name= "Mulhern83ff"/> Evlənərkən 40 yaşlarının sonlarında idi, naməlum sayda həyat yoldaşı və uşaqları var idi.<ref name = "M257ff"/> Sarayda yaxşı tanınan Nobutakanın bir çox romantik münasibəti olmuşdur və çox güman ki, Murasaki ilə evliliyindən sonra da bu cür münasibətlərə davam etmişdir.<ref name = "Shirane218"/> Murasaki evlilikdən sonra da atasının evində qalmağa davam etmişdir və əri onu mütəmadi ziyarət edirdi.<ref name = "M257ff"/> Nobutaka bir neçə də hakim kimi təyin olunmuşdu və Murasaki ilə evlənəndə kifayət qədər varlı idi. Onların evliliklərinin detalları haqqında versiyalar müxtəlifdir. [[Riçard Bourinq]] yazır ki, xoşbəxt evlilikləri var idi, amma Yaponiya ədəbiyyatı mütəxəssisi Haruo Şirane qeyd edir ki, şeirləri göstərir ki, Murasaki ərini sevmirdi.<ref name = "Bowring, 2004, 4"/><ref name = "Shirane218"/>
 
[[Fayl:Ishiyama Moon Lady Murasaki.png|thumb|alt=350|Murasaki Şikibu [[İşiyama məbədi]]ndə Aya baxarkən. Şəkil müəllifi [[Yoşitoşi]]dir (1889).]]
Cütlüyün qızı Kenşi (Katayko) 999-cu ildə anadan olmuşdur. İki il sonra Nobutaka [[Xolera xəstəliyi|xolera]] epidemiyası zamanı ölmüşdür.<ref name = "Shirane218"/> Evli qadın kimi Murasakinin evə baxmaq və qızına qulluq etməsi üçün xeyli xidmətçisi var idi və buna görə onun xeyli vaxtı qalırdı. Murasaki bu zaman "[[Bambuk kəsicisinin hekayəsi]]" və "[[İsenin hekayəsi]]" kimi [[monoqatari]]lər oxumuşdur.<ref name= "Mulhern83ff"/> Alimlər inanırlar ki, o, "Gencinin hekayəsi" üzərində ərinin ölümündən öncə işləməyə başlamışdır. Dul qaldıqdan sonra kədər içində olsa belə yazmağa davam etdiyi məlumdur.<ref name = "ShiraneB293"/><ref name = "Bowring, 2004, 4"/> Gündəliyində ərinin ölümündən sonra keçirdiyi hisləri belə təsvir etmişdir: "Mən özümü depresiyada və başıqarışmış hiss etdim. Bir neçə il boyunca mən gün keçdikcə ruhsuz bir dəbdə mövcud oldum… vaxtın keçdiyini qəbul etməkdən daha çoxunu etməklə… Bitməyən tənhalıq düşüncəsi kifayət qədər dözülməz idi".<ref>qtd in Mulhern (1991), 84</ref>