Murasaki Şikibu: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 88:
 
Murasaki tənhalıqda yazmağı sevirdi. O inanırdı ki, saray mühitinə uyğun gəlmir: "Qədim hekayələri oxumaqla məşğulam... sahib olduğum poeziya dünyasında keçirdiyim bütün vaxt digər insanların varlığını dərk etməməyimə səbəb olur... Lakin onlar məni tanıyanda mehriban və sakit biri olduğumu görüb çox təəccüblənirlər". İnqe deyir ki, sarayda dostlar qazanmaq barədə danışmaqdan çəkinmirdi və Malhern fikirləşir ki, Murasakinin saray həyatı digər saray şairlərinə nisbətən daha sakit idi. Malhern iddia edir ki, onun İzumi barədə qeydləri onun yaradıcılığına yox, davranışlarına yönəlmişdi. Əxlaqa önəm verməməsini və saraydakı sevgi münasibətlərini qəbul etmirdi.
 
Heyan sarayının cəmiyyətində rütbə əhəmiyyətli yer tuturdu və Murasaki özünü rütbəli və güclü Fucivaralar ilə ümumi xüsusiyyətlərinin olduğunu hiss etmirdi. Gündəliyində saray həyatı haqqında yazır: "Başa düşmüşəm ki, ailənin aid olduğum qolu aşağı rütbəlidir, amma bu fikir məni nadir hallarda narahat edirdi və saray həyatını arasıkəsilməz işgəncəyə döndərən, dəyərsizliyin əzab verən şüurluluğundan uzaq idim". Saraydakı mövqelərindən biri onun sosial vəziyyətini yaxşılaşdıra bilərdi, amma bunun haqqında yazmaq üçün daha böyük təcrübə əldə etmişdi. Murasaki təcrübə etdiyi saray həyatını Şoşiyə qoşulandan sonra yazdığı Genci fəsillərində yaxşı əks etdirmişdir. Çox güman ki, "Murasaki" adı saray naharlarının birində baş verən hadisə nəticəsində ona verilib: 1008-ci ildə tanınmış saray şairi Fucivara no Kinto "gənc Murasakani" ("Gencinin hekayəsi"ndə Murasaki adlı personaja allüziya) soruşmuşdur. Həmin dövrdə bu, bir kişi saray şairinin qadın müəllifə kompliment hesab olunurdu.
 
== İstinadlar ==