Murasaki Şikibu: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
k İlk illəri: clean up using AWB
Sətir 38:
Murasakinin doğulduğu dövrdə Çinə olan səfərlər başa çatdıqdan və güclü milli mədəniyyət yaranmağa başlayandan sonra Yaponiya daha qapalı ölkəyə çevrilmişdi.<ref>Bowring (1996), xii</ref> IX-X əsrlərdə Çin heroqliflərinin abbreviaturaları olan sillabik işarələr – [[kana]]nın ortaya çıxması ilə yapon dili tədricən yazılı dilə çevrilirdi. Murasakinin dövründə kişilər hökumət dili olan Çin dilində yazmağa davam edirdilər, lakin kana aristokrat qadınların yazılı dili olmuş və [[Yaponiya ədəbiyyatı]]nda unikal formaların yaranmasına səbəb olmuşdur.<ref name= "Reischauer28ff">Reischauer (1999), 29–29</ref>
 
Murasakinin qardaşına hökumətdə vəzifə tutmasına kömək etməsi üçün Çin dili öyrədilmişdir və Murasaki uşaqlıqda atasının evində yaşayarkən Çin dilini özü öyrənmiş və klassik Çin dilində axıcı danışmağa başlamışdır.<ref name="Inge9"/> Gündəliyində yazır: "Mənim qardaşım balaca olanda Çin klassiklərini öyrənirdi, məndə ona qulaq asmaq vərdişi var idi və mən onun başa düşməkdə və yadda saxlamaqda çətinlik çəkdiyi mətnləri getdikcə daha yaxşı başa düşürdüm. Təhsilli kişi olan atam həmişə bu faktı etiraf edirdi: Bəxtimə bax, heyifheyf ki, o kişi kimi doğulmayıb".<ref>qtd in Bowring (2004), 11–12</ref> Qardaşı ilə [[Çin ədəbiyyatı]]nı öyrənən Murasaki bununla yanaşı çox güman ki, musiqi, [[kalliqrafiya]] və [[Yaponiya poeziyası]] kimi ənənəvi sahələrdə dərslər almışdır.<ref name = "Shirane218"/> Murasakinin təhsili qeyri-adi idi. Luis Peres "Yaponiya tarixi" əsərində qeyd edir ki, qadınların real intellektə malik olma bacarıqlarının olmadığı düşünülürdü və buna görə də onlara Çin dili öyrədilmirdi.<ref name = "Perez21ff">Perez (1998), 21</ref> Murasaki digər insanların onu "lovğa, qəribə, adamayovuşmaz, acıdil, nağılsevər, dikbaş, şeirsevər, etinasız, dalaşqan və laqeyd" hesab etdiklərinin fərqində idi.<ref>qtd in Inge (1990), 9</ref> Asiya ədəbiyyatı tədqiqatçısı Toman İnq inanır ki, "onun çətin şəxsiyyəti dost qazanmasına mane olurdu".<ref name="Inge9"/>
 
== Evlilik ==