Çılğın izdihamdan uzaq: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Teqlər: Mobil redaktə Mobil veb redaktə
Teqlər: Mobil redaktə Mobil veb redaktə
Sətir 6:
== Məzmun ==
 
Romanın əsas qəhrəmanı ''Qabriel Oak'' adlı bir çoban və ''Bathsheba Everdene'' adlı bir qızdır. Onların ilk tanışıqlıqları Bathshebanın kasıb bir qız olaraq xalası xanım Hurstun evində qalmağa başladığı vaxta təsadüf edir. Qızı ilk gördüyü andan qəlbən və məntiqən ona yaxınlıq duymağa başlayan çoban Oak, bir gün onunla ailə qurmaq fikrində olduğunu açıqlayır, lakin Bathsheba tərəfindən təklifi rədd edilir. Ardından hadisələr kəskin şəkildə dəyişir. Belə ki, çoban Oak bir fəlakət nəticəsində illərlə əmək sərf edərək əldə etydiyi sürüsünü itirir və özünə iş tapmaq üçün əlində qalan nə varsa sataraq olduğu yerdən köçür. Təsadüflər çoban Oak üçün fəlakət gətirsə də, Bathsheba üçün tam tərsi başverir. Məlum olur ki, bir qohumu tərəfindən ona böyük bir mülk meras qalmışdır. Yəni, Bathsheba, artıq adi və kasıb bir qız deyil, geniş bir torpaq sahəsinin xanımıdır. Xislətcə təkəbbürlü və dikbaş biri olan Bathsheba, çobanın bütün itaətkarlığına və yaxşı davranışlarına qarşı qədirbilməz və kobudluqla qarşılıq verir. Lakin həyatının bütün çətin anlarında, o çətinliklərdən yenə də çoban Oakın əliylə xilas olur. Nəhayət sonda, Qabriel Oakın, onun tək dostu olduğunu dərk edir. Çılğın İzdihamdan Uzaq, həqiqi məhəbbətin və təmənnasız sədaqətin romanıdır. Bu əsər bizə, çox az kitabda qarşılaşa biləcəyimiz çıxarsız və riyadan uzaq saf eşqin hekayəsini adi bir çobanın hissiyatı üzərindən nağıl edir. Əsər, həqiqətən adına layiq bir şəkildə, hərcür tünnük və qarmaqarışıqlıqdan kənarda sakit və həzin atmosferi ilə insana sanki bir nağıl təəssüratı bağışlayır.
 
==Əsas obrazlar==