Marsel Prust: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Teqlər: Mobil redaktə Mobil veb redaktə |
Redaktənin izahı yoxdur Teqlər: Mobil redaktə Mobil veb redaktə |
||
Sətir 1:
{{Yazıçı}}
==Həyatı==
Marsel Prust 1871-ci ildə, Fransa-Rusiya müharibəsinin "Frankfurt" müqaviləsi əsasında rəsmən bitdiyi gün [[Paris]]də dünyaya gəlir. Atası əslən fransız olub, anası isə kübar yəhudi nəslindən idi. Asma xəstəliyi onu ömrünün sonuna qədər təsiri altında saxlayır. 11 yaşlı Prust liseyə yazılır, lakin təhsili də xəstəliyi üzündən yarım qalır.
Bunlara baxmayaraq, Prust ədəbiyyat bacarığı ilə önə çıxmağı bacarır və təhsilinin son ilində mükafat alır.
Anasına son dərəcə bağlı olan bu zəif oğlan ana quzusu görünüşü ilə atasının əsəblərinə toxunur.
Atasının karyera sahibi olması istəkləri səbəbiylə Prust işləməyə başlayır. Lakin ömürlük xəstəliyə məhkum adı aldıqdan sonra bu işi də buraxır. Əslində, Prust çox tənbəl və kifayət qədər səbrli insan olub. Günlərlə otağından bayıra çıxmayan yazıçı, anasının vəfatından sonra daxili mühacirətə gedir. Marsel dərin fəlsəfi düşüncəli insan idi. Onu sağlığında ədəbiyyat dünyasının yarısı parlaq bir yazar, digəri isə dərk edilməyəcək qədər dərin yazıçı hesab edirdi. Prust Avropada ən çox sitat gətirilən romançıdır. Çox fərqli bir həyat tərzi yaşayan Prust gündüzlər yatar, gecələr isə romanlarını tamamlayardı. Bəzən hər hansısa bir əsərinə görə aylarla evdən bayıra çıxmazmış. Onun əlyazması fransız dilində yazılmış "[[İtirilmiş zamanın axtarışında]]" adlı 7 cilddən ibarət romanı Prustun ölümünə qədər özü tərəfindən fasiləsiz olaraq dəyişdirilib. 4800 səhifəlik bu romanı oxumaq, həqiqətən də, səbr tələb edir. Ona görə də, britaniyalıların oxumadıqlarını etiraf etməyə utandıqları kitablar arasında "İtirilmiş zamanın axtarışında" kitabı da var. 1922-ci ildə plevmaniya xəstəliyi tutan bu tənha insan elə ənənəsinə sadiq şəkildə - evdə tək yazı yazarkən dünyasını dəyişib.
{{Xarici istinadlar}}
[[Kateqoriya:Per-Laşez məzarlığında dəfn olunanlar]]
|