Ədəbi tənqid: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Keçid tövsiyələri funksiyası: 3 keçid əlavə edildi.
Teqlər: Vizual redaktə Mobil redaktə Mobil veb redaktə Təkmilləşdirilmiş mobil redaktə Yeni istifadəçi tapşırığı Tövsiyə: keçidlərin əlavə olunması
 
(6 istifadəçi tərəfindən edilmiş 24 dəyişiklik göstərilmir)
Sətir 1:
'''Әdəbi tənqid''' — әdәbiyyatşünaslığın әsas sahәlәrindәn biri; әdәbi prosesin, bәdii әsәrlәrin izahına, tәhlilinә, qiymәtlәndirilmәsinә, hәmçinin yaradıcılıq prinsiplәrinin müәyyәnlәşdirilmәsinә vә tәsdiqinә hәsr edilәn әdәbi-bәdii yaradıcılıq növü. Ədəbi tənqidin vәzifәsi müasir әdәbi prosesi, yeni yaradılan әsәrlәri, habelә keçmiş irsi müasir ictimai vә әdәbi-estetik tәlәblәr baxımından dәyәrlәndirmәkdir. Şәrq әdәbiyyatşünaslığında bu termin müstәqim anlamında da işlәnmiş, әsasәn, bәdii әsәrin qüsurlarını ortaya çıxaran elm hesab olunmuşdur. Qәrb ölkәlәrindә Ədəbi tənqidin tarixi әdәbiyyatşünaslığın inkişafı ilә sıx bağlı olmuş, әdәbiyyatın tәnqidi müzakirәsi bәdii әsәrin meydana gәlmәsi ilә eyni vaxta tәsadüf etmişdir.
{{İş gedir}}
 
== Ümumi məlumat ==
'''Әdəbi tənqid''' — müasir ədəbi proseslə məşğul olur. Tənqidçi yaranmaqda olan ədəbiyyatın dəyərini müəyyən edir, ayrı-ayrı ədəbi-bədii nümunələrə, yazıçıların yaradıcılığına qiymət verir, ümumiləşdirmələr aparır, müasir ədəbi prosesin dərk edilməsində oxucuya kömək edir. Azərbaycan ədəbi tənqidinin banisi [[Mirzə Fətəli Axundov]] sayılır. Әdəbiyyat tarixçisindən və [[ədəbiyyatşünas|nəzəriyyəçisindən]] fərqli olaraq, tənqidçi elmlə yaradıcılıq təcrübəsini əlaqələndirir, yazıçı ilə oxucu arasında anlaşma, ünsiyyət yaradır.
 
Ədəbi tənqid (və ya ədəbi tədqiqatlar) ədəbiyyatın öyrənilməsi, qiymətləndirilməsi və təfsiridir. Müasir ədəbi tənqid tez-tez ədəbi nəzəriyyədən təsirlənir, bu, ədəbiyyatın məqsəd və metodlarının fəlsəfi müzakirəsidir. Bu iki fəaliyyət yaxından əlaqəli olmasına baxmayaraq, ədəbi tənqidçilərin və ədəbi nəzəriyyəçilərin fikri həmişə eyni olmur.
Sətir 7 ⟶ 8:
Ədəbi tənqidin [[ədəbiyyat nəzəriyyəsi]]<nowiki/>ndən ayrı bir tədqiqat sahəsi hesab edilməsi və ya əksinə, kitablar barəsində rəy bildirməkdən fərqli olması mübahisəli məsələdir. Məsələn, "Ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid ilə bağlı Cons Hopkins Qaydın Təlimatları"<ref>''Johns Hopkins Guide to Literary Theory and Criticism''(2nd ed.). Baltimore: Johns Hopkins University Press. 2005. <nowiki>ISBN 0801880106</nowiki>. OCLC [https://www.worldcat.org/oclc/54374476 54374476].</ref> ədəbi tənqid və ədəbiyyat nəzəriyyəsi arasında heç bir fərq qoymur və demək olar ki, eyni anlayışı təsvir etmək üçün eyni termindən istifadə edir. Bəzi tənqidçilər ədəbi tənqidi ədəbi nəzəriyyənin praktik tətbiqi hesab edirlər, çünki tənqid həmişə xüsusi ədəbi əsərlərlə birbaşa məşğul olur, ədəbiyyat nəzəriyyəsi isə daha ümumi və ya abstrakt ola bilər.
 
Ədəbi tənqid tez-tez inşa və ya kitab şəklində dərc olunur. Akademik ədəbi tənqidçilər ədəbiyyat şöbələrində dərs deyirlər və akademik jurnallarda dərc edirlər və daha çox məşhur tənqidçilər, Times Literary Supplement, [[The New York Times|New York Times]] Book Review, New York Review of Books, [[London]] Review of Books, Nation, and The New Yorker kimi dövrü mətbuatda əsərlərini yayımlayırlar.
 
== Tarixi ==
Sətir 20 ⟶ 21:
 
=== Maarifçilik dövrünün ədəbi tənqidi ===
[[Maarifçilik dövrü]]<nowiki/>ndə ([[1700]]-[[1800]]-cü illər)  ədəbi tənqid ixtira və çap mətbuatının istifadəsi ilə daha da məşhurlaşdı. Bu dövrdə ictimai səviyyəsində savadlılıq dərəcələri yüksəlməyə başladı, artıq oxumaq sadəcə zəngin təbəqə və ya elmi adamalrı üçün deyildi. İctimai savadlılığın yüksəlməsi və çapın sürətlənməsi ilə ədəbi tənqid də inkişaf elədi. Oxumaq artıq yalnız təhsil məqsədləri və ya müqəddəs bir dini vəzifə kimi nəzərdən keçirilmirdi; o, artıq bir əyləncə növü idi.<ref>Murray, Stuart (2009). ''The Library: An Illustrated History''. New York: Skyhorse. pp. 132–133132-133. <nowiki>ISBN 9781616084530</nowiki>. OCLC [https://www.worldcat.org/oclc/277203534 277203534] {{Vebarxiv|url=https://web.archive.org/web/20200407140537/https://www.worldcat.org/title/library-an-illustrated-history/oclc/277203534 |date=2020-04-07 }}.</ref> Ədəbi tənqidlər aydın, əhatəli, dəqiq yazı və ya yazıçıların dini inanclarının mübahisəli meyarları da daxil olmaqla dəyərlər və yazı üslublarından təsirlənmişdir.<ref name=":0">Regan, Shaun; Dawson, Books (2013). ''Reading 1759: Literary Culture in Mid-Eighteenth-Century Britain and France''. Lewisburg [Pa.]: Bucknell University Press. pp. 125–130125-130. <nowiki>ISBN 9781611484786</nowiki>.</ref> Bu tənqidi rəylər bir çox jurnallarda, qəzetlərdədərgilərdəjurnallardaqəzetlərdə dərc edilmişdir. [[Conatan Svift]]<nowiki/>in bir çox əsərləri, xüsusilə, [[Qulliverin səyahəti|“Qulliverin səyahəti”]] kitabı tənqid edilmişdir və bir tənqidçi onları “"Yahoo"-ların xəyanətkar hekayəsi” adlandırmışdır.<ref name=":0" />
 
=== 19-cu əsr Romantizmin ədəbi tənqidi ===
XIX əsrin əvvəllərində İngilis romantik hərəkatı adətənənəvi ədəbiyyatınaədəbiyyata yeni estetik fikirlər gətirmişdir,. məsələnMəsələn, ədəbiyyatın məqsədi həmişə gözəl, nəcib və ya mükəmməl olmur, ancaq ədəbiyyat özü ümumi mövzunu mülayimorta səviyyəyə qaldıra bilər. Alman klassissizminin gec inkişafından sonra yaxından təqib olunan Almanalman Romantizmiromantizmi İngilisingilis ədəbiyyatının oxucularına şüurlu şəkildə görünən parçalanma estetikasını vurğuladı. XIX əsrin sonlarında Metyu Arnold kimi öz ədəbi işlərinəyazılarına görə ədəbi tənqidləri ilə tanınan müəlliflər daha çox tanınmışdırdiqqəti çəkmişdir.
 
=== Yeni kritisizm ===
Lakin bu estetik hərəkatların hamısı eyni dərəcədə vacibdir; ədəbi tənqidlərlə bağlı mövcud fikirlər demək olar ki, tamamilə XX əsrin əvvəllərində götürülmüş yeni istiqamətdən yaranır. Əsrin əvvəllərində rus formalizmi kimi tanınan tənqidi məktəb və bir qədər sonra [[İngiltərə]]<nowiki/>də və [[Amerika Birləşmiş Ştatları|ABŞ]]-də yeni kritisizm ingilisdilli dünyada ədəbiyyatın öyrənilməsi və müzakirəsinə hakim olmuşdur.
 
=== Nəzəriyyəsi ===
İngilis və Amerika ədəbi-estetik fikrində [[1960]]-cı illərin sonlarına qədər Yeni Kritisizm az və ya çox dərəcədə üstünlük təşkil edirdi. Həmin dövrdə Anqlo-Amerika universitetlərinin ədəbiyyat şöbələri strukturizm, sonra post-strukturizm və digər [[qitə fəlsəfəsi]]<nowiki/>nin təsirindən daha aydın fəlsəfi ədəbi nəzəriyyənin yüksəlməsinə şahidlik etməyə başladılar. [[1980]]-ci illərin ortalarına qədər, "nəzəriyyəyə" marağın artması davam etdi. Bir çox tənqidçilər, şübhəsiz ki, nəzəri araşdırmalardan təsirlənsə də, onlar üçün sadəcə metodologiya və fəlsəfi fərziyyələr haqqında yazı yazmaq deyil, adət-ənənəni şərh etmək rahat idi.
 
=== Kitabın tarixi ===
Bədii tənqidin digər formaları ilə əlaqəli kitabın tarixi [[biblioqrafiya]], [[mədəniyyət tarixi]], ədəbiyyat tarixi və mediya nəzəriyyəsi metodlarına əsaslanan fənlərarası tədqiqat sahəsidir.Mətnlərin və onların maddi formalarının istehsal, tiraj və qəbulu ilə əlaqədar, kitab tarixləri əsasən metafizik formalarını maddi cəhətdən birləşdirməyə çalışır.
 
Kitab tarixinin kəsişdiyi ədəbiyyat tarixindəki məsələlər arasında aşağıdakılar da tapıla bilər: müəlliflik peşə kimi inkişaf, oxucu kütləsinin formalaşması, senzura və müəlliflik hüququ məhdudluğu və ədəbi formanın iqtisadiyyatıdır.
 
=== Hazırkı vəziyyəti ===
Bu gün universitetlərin filoloji bölümlərində ədəbiyyat nəzəriyyəsi və qitə fəlsəfəsinə olan maraq ədəbi tənqidi yeni tənqidçilərin təsdiqləyə biləcəyi daha mühafizəkar bir ədəbi tənqid ilə birləşdirir. Tədqiqatın "yüksəlməsi" əsnasında tənqidçilər tərəfindən qəbul edilən hər iki tərəfi xarakterizə edən ədəbi tənqidin məqsədi və metodları üzərində fikir ayrılığı azalmışdır. Bir çox tənqidçilər indi seçmək üçün daha çox üsul və yanaşmalara malik olduğunu düşünürlər.
 
== Elmi kritisizmin dəyəri ==
Geniş ədəbi təhlilin dəyəri bir neçə görkəmli sənətkar tərəfindən müzakirə olunmuşdur. [[Vladimir Nabokov]] bir dəfə belə qeyd etmişdi ki, yaxşı oxucular kitabı oxumurlar və xüsusilə də o kitabları ki onlar ədəbi şah əsərlər kimi qəbul olunur, onlar “kitabları akademik məqsədlər üçün ümumiləşdirirlər”.<ref>Vladimir Nabokov ''Lectures on Literature'', chap. ''L'Envoi'' p. 381</ref>
 
== İstinadlar ==
{{İstinad siyahısı}}
 
[[Kateqoriya:Ədəbiyyatşünaslıq]]
[[Kateqoriya:Ədəbiyyat nəzəriyyəsi]]
[[Kateqoriya:Ədəbi tənqid]]
[[Kateqoriya:Təfsir (fəlsəfə)]]